9 yaşlı misirli Mahmud Uali intellekti ilə hamını heyran edib.
Kiçik yaşlarından elmə həvəsi ilə seçilən Mahmud Ualini artıq yeni əsrin Eynşteyni adlandırırlar. O, çox asanlıqla şifahi şəkildə çoxrəqəmli ədədlərlə riyazi əməlləri yerinə yetirir. Bundan başqa, azyaşlı 3 ay ərzində ingilis dilini rahatlıqla mənimsəməyə nail olub. Hazırda vunderkind fransız və alman dillərini öyrənir.
Mahmud intellekt testində də son dövrün ən yüksək göstəricisini əldə edib. Onun İQ-si (intellekt qiymətləndirmə testi) 151 punkt təşkil edir. Bu rəqəm dahilik həddini keçir və ona Üç Doqquz Cəmiyyətinə daxil olmağa imkan verir. Sözügedən cəmiyyətin üzvləri dünya əhalisinin 99,9 faizi ilə müqayisədə İQ-si 142 punktdan yüksək olanlardır. Keçən il aparılan araşdırmalar hazırda onların sayının 800-dən çox olduğunu göstərir. Misir mətbuatının məlumatına görə, Mahmudun riyazi istedadı 3 yaşında özünü göstərməyə başlayıb. Kanadanın özəl universitetlərinin biri Mahmudun ailəsinə uşağı oxutmaq üçün əvəzində bu ölkəyə daimi köçməyi təklif edib. Təhsil müəssisəsi əlavə olaraq, azyaşlı dahiyə təqaüd verməyi də boynuna götürüb. Ancaq uşağın valideynləri bu təklifdən imtina ediblər.